Yaşlı qadının çörəyini yeyib, pulunu oğurlayan şəxs həbs edildi - FOTO

23:21 | 17.06.2021
Yaşlı qadının çörəyini yeyib, pulunu oğurlayan şəxs həbs edildi - FOTO

Yaşlı qadının çörəyini yeyib, pulunu oğurlayan şəxs həbs edildi - FOTO

Bakıda 81 yaşlı qadına qarşı dələduzluq edən gənc həbs olunub.

BAKU.WS xəbər verir ki, Zaqataladan olan Kazımov Seyran Davud oğlu saxlanılıb və o faktı etiraf edib.

Qeyd edək ki, Seyran Kazımov 81 yaşlı Elmira Əzimovanın bankomatdan pul çıxartdığını görüb əlindəki zənbili alaraq kömək etmək istədiyini bildirmişdi. Qadınla birgə mənzilinə gedən fırıldaqçı ac olduğunu deyərək yemək yeyib, çay içib. Daha sonra isə qadının çantasında olan pulunu - 326 manatı götürərək aradan çıxmışdı.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb