Yelo Bank torpaqlarımızın
azad olunması uğrunda mübarizə aparan müzəffər ordumuza növbəti dəstək aksiyası
təşkil etdi.
Daha əvvəl də tibbi
ləvazimatlar, gigiyenik vasitələr, isti geyimlər, qida məhsulları və digər
ilkin tələbat ləvazimatları isti geyimlər tədarük edilərək ön cəbhədə vuruşan əsgərlərimizə
və hərbi hospitallara göndərmişdik. Bu dəfəki dəstək aksiyası zamanı da yardım payları
ön cəbhənin fərqli istiqamətində vuruşan əsgər və zabit heyətimizə göndərilib.
Xatırladaq ki, Yelo
Bank döyüşlərin ilk günlərində Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat, eləcə
də, döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə
50 min manat olmaqla, ümumilikdə 150 min manat vəsait ayırmışdı.
Hamı üçün çətin
bu dönəmdə hər birimiz həmrəylik nümayiş etdirməli və ordumuza dəstək
olmalıyıq.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !