2003-cü ildə Milli Aviasiya Akademiyasının İnzibati
İdarəetmə ixtisasını fərqlənmə ilə bitirən S. Süleymanlı, karyerasına 2005-ci
ildə AccessBank-da kiçik kredit mütəxəssisi kimi başlayıb. Burada kredit
istiqaməti üzrə özünü inkişaf etdirərərək, 2010-cu ildə filial müdiri vəzifəsinədək
yüksəlib. 2014-cü ildən altı filial şəbəkəsi
üzrə Regional Direktor olub.
2018-ci ildə AccessBank-ın Kreditlərin bərpası
departamentinin direktoru olaraq böyük nailiyyətlər əldə etdikdən sonra, 2019-cu ildə İcraçi Direktor , 2020-ci ilin
yanvar ayından isə Bankda Baş direktor vəzifəsinə təyin edilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !