Yeni qanun Xəzərdə sahilin qorunmasını necə tənzimləyəcək? - Deputat

11:54 | 17.04.2024
Yeni qanun Xəzərdə sahilin qorunmasını necə tənzimləyəcək? - Deputat

Yeni qanun Xəzərdə sahilin qorunmasını necə tənzimləyəcək? - Deputat

Xəzərdə süni torpaq sahələrinin yaradılması dəniz sahilinin qorunması istiqamətində məsələləri tənzimlənməlidir. Bunu deputat Vahid Əhmədov deyib.

"Azərbaycanda belə bir təcrübə olub. Qaradağda obyekt tikilirdi. Lakin başa çatdırıla bilmədi. Bu qanunda dəniz sahilinin qorunması necə tənzimlənəcək? Biz qanunla Xəzər sahilində obyektlərin tikilməsinə qadağalar tətbiq etsək də, bu gün də Xəzər ətrafında özəlləşdirmənin şahidi oluruq. Ona görə də bu məsələyə aydınlıq gətirilməlidir”, - deputat aprelin 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında - "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb