Yerüstü piyada keçidləri təmir edildi

20:29 | 01.09.2016
Yerüstü piyada keçidləri təmir edildi

Yerüstü piyada keçidləri təmir edildi

Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.

"Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb. Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşlaın pilləkan hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı "Azəravtoyol” ASC-ə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

"Azəravtoyol” ASC vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb