Yevlaxın 70 faizində su problemi var - Deputat/VIDEO

11:41 | 17.11.2022
Yevlaxın 70 faizində su problemi var - Deputat/VIDEO

Yevlaxın 70 faizində su problemi var - Deputat/VIDEO

Yevlaxda 70 faiz kəndlərdə içməli su problem var. Bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı deputat İlham Məmmədov deyib.

"Artizan quyularının təmizliyi aşağı səviyyədədir. 17 kənddə isə artisan quyusu yoxdur. Təklif edirəm ki, növbəti il büdcə məsələlərində bu problemlər nəzərə alınsın”, - deputat bildirib.

İlham Məmmədov həmçinin Yevlaxda rayonu iki hissəyə ayıran körpünün yararsız hala düşüdüyünü və təmirə ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, 60 ton yükü qəbul edən körpü hazırda 2 ton yükü qəbul edə bilir. 30 kəndin istifadə etdiyi bu körpünün təcili təmir edilməsinin vacib olduğunu qeyd edib.
 

 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb