Özünü yandıran Qarabağ qazisi ilə bağlı PİS XƏBƏR

11:00 | 20.08.2014
Özünü yandıran Qarabağ qazisi ilə bağlı PİS XƏBƏR

Özünü yandıran Qarabağ qazisi ilə bağlı PİS XƏBƏR

Əlilin həyat yoldaşı Jalə Salahovanın vəziyyəti çox ağırdırBu yaxınlarda Bakının mərkəzində özünü yandıran Qarabağ müharibəsi əlili Elçin Salahovun həyat yoldaşı Jalə Salahovanın vəziyyəti kritikdir. Həkim onun yaşama şansının az olduğunu deyib.Bunu ANS PRESS-ə Respublika Yanıq Mərkəzinin həkimi Şöhrət Məmmədov deyib.Jalə Salahovanın vəziyyəti çox ağır olduğunu deyən həkim bildirib ki, Salahovanın aşağı ətraf orqanları demək olar ki, tamamilə yanıb. Onun sağ qalmaq ehtimalı çox aşağıdır.Şöhrət Məmmədovun sözlərinə görə, Elçin Salahovun vəziyyəti isə yaxşılığa doğru gedir. "Elçin artıq gəzməyə də başlayıb", - deyə həkim bildirdi.Qeyd edək ki, Qarabağ qazisi Elçin Salahov və onun həyat yoldaşı Jalə Salahova evləri əllərindən alındığına görə, avqustun 13-də Bakının mərkəzində özlərini yandırmışdılar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb