Kemerovonun vitse-qubernatoru diz çökdü: Bağışlayın - VİDEO

16:00 | 27.03.2018
Kemerovonun vitse-qubernatoru diz çökdü: Bağışlayın - VİDEO

Kemerovonun vitse-qubernatoru diz çökdü: Bağışlayın - VİDEO

Kuzbassın vitse-qubernatoru Serqey Çivilev "Qış albalısı” əyləncə-ticarət mərkəzində baş vermiş dəhşətli yanğına görə yerli camaat qarşısında diz çökərək üzr istəyib.

Axar.az xəbər verir ki, bu barədə RİA Novosti hadisə yerindən məlumat verib.

Bu gün səhərdən etibarən Kemerovo şəhərində mitinq keçirilib. Mitinqin başlamasından 7 saat sonra administrasiya rəsmiləri dağılmağı təklif etsələr də, iştirakçılar bunu narazılıqla qarşılayıblar. Daha sonra meriya tərəfindən gətirilən səsgücləndirici aparatlar söndürülüb.

Çivilev mikrofonla müraciət etmək istəsə də, alınmayıb. Nəticədə o, camaata birbaşa səslənib.

"Mən sizdən üzr istəyirəm” deyib və gözlənilmədən dizləri üstə çöküb. Bir neçə saniyədən sonra o, ayağa qalxaraq deyib: "Qədim Rusda insanlar üzr istəmək üçün diz üstə çökürdülər”.

Onun bu çıxışı mitinq iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, Kemerovodakı ”Qış albalısı” əyləncə-ticarət mərkəzində baş verən dəhşətli yanğın nəticəsində 64 nəfər həlak olub. Ölənlərdən 41 nəfəri uşaq olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb