Abutalıbovdan sonra Bakı meri vəzifəsini kim icra edəcək?

11:26 | 10.07.2018
Abutalıbovdan sonra Bakı meri vəzifəsini kim icra edəcək?

Abutalıbovdan sonra Bakı meri vəzifəsini kim icra edəcək?

Prezident İlham Əliyevin aprelin 21-də imzaladığı sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Hacıbala Abutalıbov Baş nazirin müavini vəzifəsinə təyin olunub. Hazırda meriyada başçı və bir müavin postu boşdur. Qanunvericiliyə uyğun olaraq, başçı təyin olunanadək mer vəzifəsinin səlahiyyətilərini müavin Fidumə Hüseynova icra edir.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində yeganə rəhbər şəxs olan F.Hüseynova xanım 2005-ci ildən şəhər merinin müavini vəzifəsində çalışır. Bakı merinin hələ də təyin edilməməsi Bakı Şəhəri İcra Hakimiyyətinin ləğv edilə biləcəyi ehtimalını sualını doğurur.

Hacıbala Abutalıbovdan sonra Bakı meri vəzifəsini kim icra edəcək? - Açıqlama

Bununla bağlı BiG.AZ-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ləğvi gözlənilən deyil:

"Bakı Şəhər İcra Hakimiyyətinə başçının təyin edilməsi səlahiyyəti cənab prezidentimizə məxsusdur. Zamanı gələndə cənab prezidentimiz layiq olanı bu vəzifəyə təyin edəcək. Bu günə kimi əgər təyin edilməyibsə, bu, o deməkdir ki, dövlət başçımızın bununla bağlı konkret fikirləri var. Bu vəzifəyə kimin ediləcəyi ilə fikir söyləmək çətindir". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb