“Azəravtoyol” əhaliyə vəd verdi: “100 faiz problem olmayacaq”

20:50 | 23.11.2017
“Azəravtoyol” əhaliyə vəd verdi: “100 faiz problem olmayacaq”

“Azəravtoyol” əhaliyə vəd verdi: “100 faiz problem olmayacaq”

"Oktyabrın 1-dən qış mövsümünə hazırlığa başlamışıq və hazırda proses davam etdirilir"

Bunu AzVision.az-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, duz ehtiyatının toplanması, maşın mexanizmlərinin saz vəziyyətə gətirilməsi, yanacaq sürtkü materiallarının toplanması sürətləndirilib. 

"Dağlıq və dağətəyi rayonların enişli-yoxuşlu yollarında öncədən kiçik təpəciklər formasında duzun qarışığından ibarət ehtiyatlar toplamışıq. Artıq dağlıq ərazilərdə qar yağmağa başlayıb və hava şəraiti qeyri-sabit keçir. Bununla əlaqədər olaraq gücləndirilmiş iş rejimdə çalışırıq. Canlı qüvvə, maşınlarımız və digər texniki mexanizmlərimiz hazır vəziyyətdədir. Problem yarandıqda həmin əraziyə cəlb olunur və problem aradan qaldırılır. Biz artıq hazırıq və 100 faiz əminik ki, həmin yollarda problem yaranmayacaq”

A.Nəcəfli qeyd edib ki, intensiv yağıntılar və buzlaşma baş verən zaman sürücələr ehtiyatlı olmalıdırlar. Nəqliyyat vasitələri tam olaraq saz vəziyyətdə saxlanılmalıdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb