Bu gün Dirçəliş günüdür

10:50 | 17.11.2017
Bu gün Dirçəliş günüdür

Bu gün Dirçəliş günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş günü qeyd olunur. Milli Dirçəliş günü 17 noyabr 1992-ci ildə elan olunub. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana qarşı siyasətinə etiraz edib.

Meydan hərakatının əsasını isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, azərbaycanlıların öz yurd-yuvasından qovulması qoydu. 

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunsa da, 2006-cı ildən iş günü sayılır. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb