“Hakim yanlış qərar verdi” - Qurban Qurbanov

23:31 | 18.10.2017
“Hakim yanlış qərar verdi” - Qurban Qurbanov

“Hakim yanlış qərar verdi” - Qurban Qurbanov

Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Qarabağ” – "Atletiko” (0:0) matçından sonra keçirilən mətbuat konfransında ağdamlıların baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.

"Qafqazinfo” müsahibəni təqdim edir:

 - Futboçularımı təbrik edirəm. İlk xalımızı qazandıq. Futbolçularımız çox əziyyət çəkib, özlərində güc tapıb xal qazandılar. Azarkeşlərimizə də təşəkkür edirəm. Çox vacib xal qazandıq. Bunun komandama faydası olacaq.

- "Qarabağ” əvvəlki oyunlarda niyə belə çıxış etmirdi?

- Hamıya məlumdur, işə yeni başlayanda həyəcan çox olur. Bu gün heç-heçə etdik o demək deyil ki, istədiyimiz oyunu göstərdik. Çatışmayan cəhətlərimiz var idi. Getdikcə daha da düzgün oynamağa çalışacağıq.

- Ndlvou ilə söhbət etdinizmi? O sizə epizodla bağlı nə dedi?

- Fikrimcə, hakim yanlış qərar verdi. Daha əvvəl də buna bənzər epizodda vərəqə vermişdi. Futbolda belə şeylər olur. O özü də üzgün idi, normal qarşıladıq.

- Oyunçularınız çox fiziki güc sərf etdi. Bu növbəti matçlarda komandanıza mənfi təsir edə bilərmi?

- Bəli, çox güc itirdilər. Rəqib də bizdən bunu tələb edirdi. Bir daha şahid olduq ki, ÇL fərqli bir yarışdır. Burda fiziki güc lazım olur. Hər belə sürətli, mübarizəli oyunlardan sonra futbolçularda problemlər olur. Bu cür ağır matçlar ilboyu bizə yaddır. Futbolçularım buna dözdüsə sevinirəm. Bütün rəqiblərimiz bizdən üstündür, onlar il ərzində 50-60 belə görüşə çıxır. Amma bizdə belə olmur. Yəqin ki, bərpaya vaxt daha çox lazım olacaq.

- Gerye psixoloji cəhətdən hazır idimi? Onu meydana buraxmağa nə ehtiyac var idi?

- Çox ağır itki oldu. Övlad itirmək çox ağırdır. Komanda olaraq onun yanında olduq. 2 gün bizimlə olmadı, mənimlə görüşdən sonra məşqə qoşuldu. Futbol elə oyundur ki, çox ağrıları unutdurur. Ona ehtiyacımız var idi, amma bu vəziyyətdə belə, sağ olsun ki, çıxış etdi.

- Bədavinin zədəsi necədir?

- Həkimlər haqqında heç də xoş şey demədi. Dizində ağrılar var. MRT müayinəsindən sonra bilinəcək. Sabah günorta tam aydınlıq gələcək durumuna.
- Son 3 dəqiqədə nə düşünürdünüz? Hansı ki, qapımıza təhlükəli mövqedən cərimə zərbəsi təyin edilmişdi...

- Tanış olaylardı. Orada anlaşılmazlıq oldu. Mən də narazı idim, laysman ofsayd bayrağını qaldırmışdı. Amma sonradan analiz etdik, referi haqlı idi. Düşüncəm meydanda, oyunda idi.

- Dinonun mövqeyində cavab matçında kimi meydana buraxacaqsınız? Ümumiyyətlə, vərəqənin ləğv edilməsi üçün UEFA-ya müraciət edəcəksiniz?

- Elə də çox imkanımız yoxdur. Ramil Şeydayev və Mahir Mədətov var. Epizoda baxacağıq. Müraciət etməyə ehtiyac yoxdur. Futbolda səhvlər olur. Əvvələr bir dəfə müraciət etdik, nəticəsi olmadı. Bu cür hadisələr normaldır, sadəcə, biz nadir hallarda böyük turnirlərdə iştirak edirik. Digər klublar üçün bu normal haldır.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb