Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO

11:04 | 03.10.2015
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO

Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO

Ermənistan Müdafiə Nazirliyində bu ölkənin jurnalistləri ilə görüş keçirilib.

Report-un verdiyi məlumata görə, görüşdə son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verənlər, erməni tərəfinin xeyli itki ilə üzləşməsi məsələsi müzakirə olunub.

Mətbuat konfransında erməni jurnalistlər Ermənistan Müdafiə Nazirliyinin və Dağlıq Qarabağdakı separatçı rejimin "rəsmiləri"nin açıqladığı məlumatlara inanmadıqlarını deyib. Onlar son günlərdə sosial şəbəkələrdə bir qrup erməni hərbçisinin məhv edilməsini əks etdirən görüntülərlə bağlı Ermənistan MN-in rəhbərliyindən açıqlama-izahat istəyib. Lakin nazirlik erməni hərbçilərin məhv edilməsilə bağlı yayılan videolarla bağlı məsələyə münasibət bildirməkdən imtina edib.

"Report” ermənilərin sosial şəbəkələrdə yaydığı və Ermənistan hərbçilərinin məhv edilməsini özündə əks etdirən videogörüntüləri təqdim edir.
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb