PKK liderlərindən biri məhv edildi

16:45 | 19.07.2018
PKK liderlərindən biri məhv edildi

PKK liderlərindən biri məhv edildi

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat həyata keçirib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı "Anadolu” agentliyi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb. 

Əməliyyat terrorçular silah, narkotik və sursatla təmin edildiyi zaman baş tutub. 

Məlumatlara görə, hücum zamanı terror təşkilatının liderlərindən olan "Delil Karakoçan” ləqəbli Hasan Çakmak məhv edilib. 

Hücumla bağlı görüntülər sosial şəbəkədə yayımlanıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb