"Toyota”nın
rəsmi distrübütoru "Toyota Caucasus” yeni RAV4 və Corolla modellərinin hibrid
versiyalarını media nümayəndələrinə təqdim edib. Təqdimat Rustavi şəhərindəki
beynəlxalq trekdə media-tur və sınaq yürüşləri ilə baş tutdu. Bir gün ərzində jurnalistlər hibrid mühərrikli avtomobillərin fərqli cəhətlərini əyani və praktiki olaraq sınaqdan
keçirdilər. Qeyd etmək lazımdır ki,Hibrid üstün performansı ilə gözləntilərimizi
doğrultdu. Əminliklə demək olar ki,Yaponiya bu sahədə qabaqcıl texnologiyaya
malikdir.
Ətraf
mühitlə bağlı narahatlıqların əsası olaraq, Toyota 1993-cü ilin yazında özünün
21-ci əsr avtomobil layihəsi üçün çox yüksək hədəf təyin etdi – eyni sinif
avtomobillər arasında yanacağa iki dəfədən çox qənaət, CO2 emissiyasının
azaldılması, beş böyük oturacağın təmin edilməsi və kompakt dizaynda salona
maksimal genişliyin verilməsi. Qabaqcıl Hibrid olaraq, Toyota bu 20 il ərzində
özünün innovativ, özü enerji yığan Hibrid avtomobillərini təkmilləşdirməkdə
davam edir və indi özünə rəqib tanımayan və hər həyat tərzinə uyğun dəbli,
çevik və səmərəli Hibrid modelləri ilə qürur duyur. Bu
müddət ərzində Toyota səmərəlilik, etibarlılıq və enerji baxımından böyük nəticələr
əldə etmişdir. Bu nəticələr davamlı olaraq sürücülər arasında etimadın artmasına
gətirib çıxarmışdır – dünyada 12 milyondan çox insan Toyota Hibridi seçir.
Toyota Hibridlər öz siniflərində yanacaq sərfiyyatı
baxımından ən sərfəli avtomobillərdəndir. Qısa məsafəli səyahətlərdə aşağı sürətdə
və ya tez-tez dayanmaqla səyahət zamanı bu avtomobillər ümumiyyətlə yanacaq sərf
etmir. Bunun səbəbi isə ondadır ki, hibridlər mümkün olduqca öz elektrik mühərriki
və Hibrid akkumulyatoru hesabına işləyir. Məsələn, Corolla Hibrid 3.4l /100km qədər
aşağı yanacaq sərfiyyatı ilə qürur duyur.
Hibrid avtomobil texnologiyası ilə bağlı
mürəkkəb heç nə yoxdur. Əslində, Toyota Hibridi sürmək hətta adət etdiyiniz
avtomobilləri sürməkdən daha asan ola bilər. Gördüyünüz kimi, özü enerji yığan
Hibrid sistemimiz elektrik enerjisi ilə səssiz hərəkətdən benzinlə çevik hərəkətə
keçə və ya sizə lazım olan anda daha artıq güc vermək üçün ikisini eyni anda
işlədə bilər. Heç bir dəstək, düymə və ya açara ehtiyac yoxdur.
Toyota Hibridin qabaqcıl akkumulyator
texnologiyası avtomobilin uzunmüddətli istismarına uyğun olaraq hazırlanmışdır.
Daha az aşınan əyləc bəndləri kimi hissələr, eləcə də ənənəvi servis planları
ilə texniki xidmət xərcləri 5% daha azdır. Əslində, mufta, generator və starter
mühərriki kimi bəzi mexaniki elementlər tam çıxarılaraq gələcəkdə nəzərdə tutulmayan
xərclərin azalmasına gətirib çıxarır. Daha az aşınan əyləc yastıqları kimi hissələr,
eləcə də ənənəvi servis planları ilə texniki xidmət xərcləri 5% daha azdır.
Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq sistemi də Toyotanın yeni özəlliyidir.Hərəkət zolağını dəyişmə ilə bağlı xəbərdarlıq
sistemi ilə Toyota hərəkət zamanı
zolaqdan çıxdığınız təqdirdə sizi məlumatlandırır. Görünən zolaq nişanları olan
yolda 50 km/s sürətlə hərəkət edərkən, sistem görünən zolaq nişanlarını tanımaq
məqsədilə xüsusi kameradan istifadə edir və zolaqdan çıxıb-çıxmadığınızı müəyyən
edir. Zolaqdan çıxdığınız zaman, avtomobil audiosiqnal verir və alətlər
panelinin üzərində indikator işığı yanır.
Dinamik kruiz control-
millimetr dalğalı radar sensorundan və birgözlü kameradan istifadə etməklə
avtomobillər arasında əvvəlcədən təyin edilmiş məsafənin saxlanması məqsədilə öndə gedən avtomobili və onun sürətini müəyyən
edir (təyin edilmiş aralıqda).Sürücü müvafiq məsafəni idarəetmə çarxından idarə
edə bilər.
Toyota Safety Sense və digər yeniliklərlə bağlı daha çox məlumat almaq üçün Toyotanın Azərbaycandakı
rəsmi dilerləri: Toyota Bakı Mərkəzi, Toyota Abşeron Mərkəzi və Toyota Gəncə Mərkəzi
ilə əlaqə saxlayın.
Toyota Corolla – standart olmayan standart.Toyota
Corolla keyfiyyətli, etibarlı və davamlı avtomobil olaraq dünyada etalon kimi
tanınır. 2019-cu ildə Toyota öz əfsanəvi sedanının on ikinci nəslini Yeni təkmilləşdirilmiş
1,6 litrlik benzin mühərriki buraxdı. Yeni Corolla cəsur və dinamik görünüşə
malikdir. Onun geniş ön tərəfi və aşağı kapotu axın görüntüsü verir. Bu
görüntüyə isə 17 düymlük geniş, şəbəkəli yüngül lehimli disklə və fərqli LED ön
faralar da əlavə olunur.Dəbli və praktik Corolla alçaq burnundan geniş ətəyinə
doğru axan incə zolaqlarla səciyyələnir. Digər Corolla modelləri kimi, tam yeni
Corolla da yüksək sensor keyfiyyəti və qabaqcıl texnologiyası ilə fərqlənərək
genişlik və erqonomik baxımından mükəmməl salona malikdir.
Premium keyfiyyətli interyerin bəzi
texnoloji özəlliklərinə 8 düymlük multimedia sensor ekran, 7 düymlük multi-informasiya
ekranının intuitiv, asan istifadə olunan kombinasiyası və arxa qızdırılan
oturacaqlar daxildir.Corolla Toyotanın TNGA platforması üzərində qurulmaqla tam
rahat hərəkəti təmin edir. Daha möhkəm kuzov və aşağı qravitasiya mərkəzi dönmə
zamanı kuzovun aşmasını azaldır, ikiqat
ön asqı dəstəyi suspensiyası isə zərbələri daha rahat udur. Uzun səyahətlər
zamanı yorğunluğun azaldılması üçün hətta sürmə mövqeyi də
optimallaşdırılmışdır. Toqquşmanın qarşısını alan funksiya (PCS), Adaptiv Kruiz
Kontrol (ACC), Sükan idarəetmə köməkçisi funksiyalı Hərəkət zolağını dəyişmə ilə
bağlı xəbərdarlıq sistemi) (LDA w/SA) və
Uzaq görmə işıqlarının avtomatik işə salınması sistemi (AHB) yenilənmiş
versiyalarını birləşdirir. Əlavə olaraq, Hərəkət zolağının izlənməsinə nəzarət
sistemi (LTA) də mövcuddur ki, onun vasitəsilə daha üstün hərəkət dəstəyi təmin
olunur.
YENİ
TOYOTA RAV4 – artıq güzəşt tanımır.1994-cü ildə
Toyota istənilən yol şəraitində idarəetmə qabiliyyəti ilə yığcam ölçülərə və
heçbekə bənzər möhkəm krossover duruşunu bir arada birləşdirən RAV4 modelini
dünyaya təqdim edib.
Eyni innovasiyalı ruh təkmilləşdirilimiş
performans, qabiliyyət və təhlükəsizliyi yeni eraya gətirən RAV4 modelinin yeni
beşinci nəslində müşahidə olunur. Bu yeniliklər krossoverdə Toyotanın yeni GA-K
platformasının ilk dəfə istifadəsi ilə daha da güclənir. Aşağı qravitasiya mərkəzi
və əhəmiyyətli dərəcədə artırılmış kuzov möhkəmliyi ilə, yeni RAV4 platforması
üstün idarəetməyə, sürmə rahatlığına, geniş interyerə, sinfində qabaqcıl yük
yerinə (oturacaqlar yerində olmaqla 580 litr VDA), alçaq dam və yüksək kapot
klirensi ilə güclü, gözoxşayan dizayn qurma sərbəstliyinə birbaşa töhfə vermiş
olur. Həmçinin, daha çox genişlik və komfort təmin edən salon fərqli keyfiyyət
və örtük də nümayiş etdirir.
Yeni 2.0 litrlik birbaşa inyeksiyalı benzin
mühərriki ilə yanaşı, yeni RAV4 özü enerji yığan hibrid transmissiya – Qərbi
Avropada model üzrə müştərilərin mütləq əksəriyyətinin seçimini (2018-ci ildə
85%) – təklif etməklə öz sinfində unikal mövqeyini qoruyub saxlayır. Ön
ötürücülü hərəkətdə 218 DİN at gücü, tam ötürücülü hərəkətdə isə 222 DİN at
gücü təmin edən 2,5 litrlik benzin Hybrid Dinamic Force öz sinfində yanacağa ən
yaxşı qənaət göstəricisi (qarışıq tsiklli yanacaq sərfiyyatı 4,4l/100 km*) və
emissiya səviyyələri ilə (100 q/km*) enerjidə, çeviklik və səmərəlilikdə dəyişiklik
gətirir.
Eyni zamanda, tam ötürücülü hərəkət sistemləri
"istənilən yolda idarəetmə” qabiliyyətinə nail olmaq məqsədilə hərtərəfli
qaydada təkmilləşdirilmişdir. Yeni RAV4 Hibridin elektrik AWD-i sistemi çətin şərtlərdə
daha güclü performans və sürüşkən səthlərdə idarəetmənin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə yenidən qurulmuş və gücləndirilmişdir.
Toyota Safety Sense-in aktiv təhlükəsizlik
sistemləri optimal iş rejimini təmin etməklə, zəruri hallarda avtomatik əyləc və
idarəetmə dəstəyi vasitəsilə toqquşmadan yayınma və ya qəzanın təsirlərinin
azaldılmasının effektiv yollarını təqdim edir.
Mövcud funksiyalara elektriklə tənzimlənən
günəş damı, havalandırılan oturacaqlar, smartfonlar üçün simsiz enerji yığma və
beşədək USB girişi (komplektasiyadan asılı olaraq) daxildir.
Əsas sinif müştərini TSS, 17 düymlük yüngül
lehimli disklər, lonjeron, diod ön faralar, yeddi düymlük ekran audio və 4,2
düymlük TFT multi-məlumat ekranı ilə qarşılayır.
Yeni RAV4 özünün yeni rəqəmsal arxa görüntü
güzgüsü ilə (Toyotada ilk dəfə) sürücülərə ətrafını daha yaxşı görməyə imkan
verir. Bu, yolu və arxadakı nəqliyyat vasitəsini birbaşa əks etdirən ənənəvi,
elektroxrom avtomatik tündləşən güzgü kimi və ya daha geniş görmə sahəsinə
malik rəqəmsal monitor kimi istifadə oluna bilər.
18
düymlük yüngül lehimli disklər, smart
giriş, daha geniş ekranlar, dəri örtüklər, diod ön faralar, elektriklə tənzimlənən
arxa qapı və doqquz dinamikli JBL səs sistemi kimi özəlliklər premium siniflərdə
mövcuddur.
RAV4 avtomobilinin baş mühəndisi Yoshikazu Saeki yeni RAV4 haqqında belə
deyib: "Biz istənilən yol şəraitinə cavab verməsi üçün RAV4 avtomobilinin
performansını təkmilləşdirdik. Ənənəvi krossover asqısı yolsuzluq şəraitində
narahat, qeyri-çevik hərəkətə səbəb olduğu halda, RAV4 sedan kimi rahat və həzzverici
hərəkəti təmin edir.”
Ötən həftə hə iki modelin Gürcüstanda təqdimatı keçirilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !