17 yaşlı yeniyetmə qəza törətdi, öldü - Fotolar

23:53 | 15.06.2021
17 yaşlı yeniyetmə qəza törətdi, öldü - Fotolar

17 yaşlı yeniyetmə qəza törətdi, öldü - Fotolar

Qaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, hadisə Qax-Zaqatala yolunun Ləkit kəndi ərazisin­dən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, "D­aewoo” minik avtomobili ilə "Mersedes Vito” markalı sərnişin mikroavtobusu toqquşub. Nəticədə "Daewoo”nun sürücüsü, 2004-cü il təvəllüdlü Ləkit kənd sakini Cəfərov Cəfər Şamil oğlu ağır bədən xəsarətləri alıb. O, xəstəxanada keçinib.

Qəza nəticəsində daha 7 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb