20 Yanvar terror aktı iştirakşısı: “Rus ordusundan mənə güllə yadigar qalıb”

11:53 | 20.01.2021
20 Yanvar terror aktı iştirakşısı: “Rus ordusundan mənə güllə yadigar qalıb”

20 Yanvar terror aktı iştirakşısı: “Rus ordusundan mənə güllə yadigar qalıb”

Buzovna kəndində yaşayan Nəsir Əliyev 1990-cı il yanvarın 20-də rus ordusunun şəhərə girməsinə etiraz edənlər arasında olub. Həmin vaxt onun 27 yaşı var imiş. İndi artıq o ailə sahiidir, qızı və xanımı ilə bir "20 Yanvar" şəhidlərinin xatirəsini anmağa gəlib.



Nəsir Əliyev deyir ki,  rus ordusunun törətdiyi terror aktı zamanı ağır yaralanıb.  Gənc olduğu üçün orqanizmi güllələr ilə mübarizədə qalib gəlib.


 
"Rus ordusundan mənə güllə yadigar qalıb. O gecə 7 güllə yarası aldım. 3 gün komada qaldım. Komadan ayılmağım möcüzə idi.  2 güllə hələ də bədənimdədir, çıxartmaq mümkün deyil. Yəqin ki, o vaxt gənc olduğum üçün kəfəni yırta bildim. Amma ruslar mənim 3 dostumu öldürüb. Nüsrət, Fuad və Sabir Mərdəkan xəstəxanasında gözlərimin önündə şəhid oldular”, - deyə Nasir Əliyev 1990-cı ilin 20 yanvar gününü xatırlayır. 
 

Biz ondan ayrılanda həyat yoldaşı və qızı ilə dostlarını ziyarət edən Nəsir Əliyev qızına "20 Yanvar"ın Azərbaycan tarixindəki əhəmiyyəti və şəhidlər barədə danışırdı.
 
Əminə Məmmədova
Fotolar müəlllifindir

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb