Belçika millisinin baş məşqçisi qovuldu

18:00 | 16.07.2016
Belçika millisinin baş məşqçisi qovuldu

Belçika millisinin baş məşqçisi qovuldu

Belçika millisinin baş məşqçisi Mark Vilmots vəzifəsindən qovulub.

Qol.az-ın Belçika Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 47 yaşlı mütəxəssisin yığma ilə müqaviləsi 2018-ci ildə başa çatacaqdı.

Lakin rəhbərlik Vilmotsla işbirliyini davam etdirmək istəməyib. Belədə 2012-ci ildən yığmanı çalışdıran belçikalı mütəxəssis vəzifəsindən getməli olub. 

Qeyd edək ki, Belçika millisi Vilmotsun rəhbərliyi altında "Avro-2016"nın 1/4 finalına qədər irəliləyib. Burada onun komandası Uelsə 1:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb