Neft bahalaşmaqda davam edir

11:51 | 19.05.2020
"İnterfax” xəbər verir ki, "Brent” markalı neftin bir barelinin Londonun ICE birjasında saat 09:00-a olan qiyməti 35,07 dollar təşkil edib ki, bu da əvvəlki sessiyanın yekun qiymətindən 0,26 dollar (0,75%) çoxdur.

Bazar ertəsi günü aparılan satışda iyul müqavilələrinə əsasən, bir barel neftin qiyməti 2,31 dollar (7,1%) artaraq, 34,81 dollara yüksəlib.

İyun ayına olan fyuçerslərdə "New York Ticarət Birjası”nın (NYMEX) elektron ticarətində WTI markalı neft 0,73 dollar (2,29%) bahalaşaraq, bir barel üçün 32,55 dollar təşkil edib.

Əvvəlki ticarətin yekunlarına görə, müqavilələrin qiyməti 2,39 dollar (8,1%) bahalaşaraq, 31,82 dollara yüksəlib.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM