Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsi - Video

11:02 | 26.02.2021
Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsi - Video

Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsi - Video

Bakının Qaradağ rayonundakı "Qobu Park” yaşayış kompleksinin məcburi köçkün sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət” beynəlxalq kampaniyasına orijinal bir tərzdə dəstək veriblər.

Fevralın 25-də gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI  sözləri və soyqırımının baş verdiyi tarixi, soyqırımı qurbanlarının sayını, faciədən ötən müddəti ifadə  edən 26 02 1992, 613, 29 rəqəmləri əks olunub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb