Dünyada 258 milyon insanın ərzaq yardımına ehtiyacı var - BMT

16:47 | 04.05.2023
Dünyada 258 milyon insanın ərzaq yardımına ehtiyacı var - BMT

Dünyada 258 milyon insanın ərzaq yardımına ehtiyacı var - BMT

Dünyada təxminən 258 milyon insanın təcili ərzaq yardımına ehtiyacı var. Bu barədə BMT-nin son açıqlanan hesabatında bildirilib.

Bu statistika son yeddi ilin ən yüksək göstəricisidir.

2022-ci ildə baş verən münaqişələr, iqlim dəyişikliyi və COVID-19 təsirləri səbəbindən ərzaq, qidalanma və dolanışıq yardımına ehtiyacı olan insanların
sayının kəskin şəkildə artmasına səbəb olub.
 
"Hazırda dünya əhalisinin dörddə birindən çoxu kəskin aclıqla üzləşir, bəziləri isə aclıq astanasındadır. Bu sadəcə dəhşətdir”, - BMT-nin Baş katibi Antonio Quterreş hesabatda öz fikirləri ilə münasibət bildirib. 

Böhran və yaşayış səviyyəsi aşağı səviyyədə olan insanların 40 faizindən çoxu Əfqanıstan, Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriyanın bəzi hissələri və Yəməndə yaşayır.

Bundan əlavə, hesabatda təhlil edilən 42 əsas qida böhranı kontekstindən 30-da beş yaşından kiçik 35 milyondan çox uşağın kəskin şəkildə qidalanmadan əziyyət çəkdiyi göstərilir. Bu da uşaq ölümünün artmasında əsas rol oynayır. Hesabatda qeyd olunub ki, beynəlxalq ictimaiyyət qida böhranı baş verdikdə onların təsirlərinə cavab verməkdənsə, bu problemin köklü səbəblərini həll etmək istiqamətində işlər aparmalıdır. Bunun üçün beynəlxalq təşkilatlar, hökumətlər, özəl sektor, regional təşkilatlar, vətəndaş cəmiyyəti və icmalar tərəfindən innovativ yanaşmalar və daha çox koordinasiya tələb olunur.

 Eltac Nurullazadə  
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb