ABŞ-da "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub

10:45 | 30.08.2017
ABŞ-da

ABŞ-da "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub

ABŞ-ın Texas ştatında "Harvi" qasırğası 30 nəfərin ölümünə səbəb olub.

anews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, qəza xidmətləri hazırda dağıntıları, aşan ağacları və avtomobilləri yığışdırmağa davam edirlər.

Qasırğa xəbərdarlığı üzrə ABŞ milli mərkəzi məlumat verir ki, "Harvi" qasırğası hazırda tropik fırtına səviyyəsinə qədər zəifləyib. Eyni zamanda sinoptiklər "çox ciddi daşqınlar" təhlükəsi barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, "Harvi" ABŞ ərazisində son 12 ildə ən dağıdıcı qasırğa olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb