ABŞ-dan 5 milyard dollarlıq nəhəng layihə

12:45 | 05.09.2014
ABŞ-dan 5 milyard dollarlıq nəhəng layihə

ABŞ-dan 5 milyard dollarlıq nəhəng layihə

ABŞ-ın dörd enerji şirkəti 5 milyard dollar həcmində uzunluğu 900 kilometr olan təbii qaz boru kəməri layihəsini reallaşdırmağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, “Dominion Resources”, “Duke Energy”, “Piedmont Energy” və “AGL Resources” şirkətlərinin inşa etməyi planlaşdırdığı boru kəməri gündəlik 42 milyard kubmetrdən artıq təbii qaz nəqletmə tutumuna malik olacaq. Pensilvaniya, Ohayo və Qərbi Vircinya əyalətlərində çıxarılan təbii qaz Atlantik okeanı sahili boyunca qurulacaq boru kəməri ilə ölkənin cənub şərqindəki əyalətlərə çatdırılacaq. Şirkətlər boru kəmərini 2018-ci ildə istifadəyə verməyi planlaşdırırlar.Qeyd edək ki, təklif edilən boru kəməri layihəsi ABŞ Federal Enerji Nəzarət Komissiyası (FERC) və əlaqədar əyalətlərin orqanları tərəfindən təsdiqlənməlidir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb