ABŞ-ın tanınmış yazıçısı vəfat edib

23:36 | 30.06.2016
ABŞ-ın tanınmış yazıçısı vəfat edib

ABŞ-ın tanınmış yazıçısı vəfat edib

Elvin Toffler postindustrial cəmiyyət konsepsiyasının banilərindən sayılıb

ABŞ-ın tanınmış yazıçısı, postindustrial cəmiyyət konsepsiyasının banilərindən sayılan Elvin Toffler 88 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.

Elvin Toffler (Future Shock) və ya digər adı ilə "Gələcəkdən şok" adlı kitabı ilə məşhurluq qazanıb.

O, çox sayda nəşrlərin müəllifi olub.

E.Tofflerin texnologiya sahəsi ilə bağlı verdiyi ideyalar ABŞ-ın biznes mühitində yüksək dəyərləndirilib.

Onun yazdığı kitablardan, verdiyi ideyalardan Stiv Cobs, Bill Qeyts yararlanıb.

1928-ci ildə Nyu-Yorkda anadan olan Elvin Toffler ABŞ-nın Beynəlxalq Strategiya və Tədqiqatlar İnstitutunun üzvü olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb