ABŞ İranla müharibə istəmir - Ağ ev

16:47 | 15.04.2024
ABŞ İranla müharibə istəmir - Ağ ev

ABŞ İranla müharibə istəmir - Ağ ev

ABŞ Yaxın Şərqdə daha böyük müharibə istəmir və İranla münaqişəyə can  atmır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABC televiziyasında bildirib.

"Biz regionda daha böyük müharibə və İranla münaqişəyə can atmırıq” ,- o bildirib. 

Aprelin 13-də axşam İran aprelin 1-də İranın Suriyadakı konsulluğunun binasının dağıdılmasına cavab olaraq  İsrailə doğru onlarla pilotsuz təyyarə və raketlər atıb. Hücum təxminən beş saat davam edib. İsrail ona atılan raketlərin və pilotsuz təyyarələrin 99%-ni vurduğunu bildirib.

Eyni zamanda, İran tərəfi yəhudi dövləti ərazisində bir sıra hərbi obyektlərin məğlub edilməsi barədə məlumat verib. 

Gülnar
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb