ABŞ Rusiyanın bank sistemini vurmağa başladı

11:00 | 11.04.2018
ABŞ Rusiyanın bank sistemini vurmağa başladı

ABŞ Rusiyanın bank sistemini vurmağa başladı

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, yeni sanksiyalarla bağlı qanun layihəsi artıq Konqresin saytında yerləşdirilib. Yeni qanun layihəsinə əsasən, ABŞ Rusiyanın dövlət borcu ilə bağlı istənilən maliyyə əməliyyatlarına tam qadağa qoyacaq.

Sanksiyalara Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondunun buraxdığı qiymətli kağızlarla bağlanan müqavilələr də düşə bilər.

Vaşinqton həmçinin Rusiyanın "Sberbank”, VTB, "Qazprombank”, "Bank Moskva”, "Rosselxozbank”, "Promsvyazbank” və "Vneşekonombank” kimi banklarını da sanksiyaları məruz qoymağı planlaşdırır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb