ABŞ Türkiyədə nüvə silahının olduğunu rəsmən təsdiqlədi

16:35 | 19.08.2016
ABŞ Türkiyədə nüvə silahının olduğunu rəsmən təsdiqlədi

ABŞ Türkiyədə nüvə silahının olduğunu rəsmən təsdiqlədi

ABŞ İncirlik Hərbi hava bazasında nüvə silahının olduğunu rəsmi şəkildə təsdiqləyib.
 
APA-nın "Milliyyət”ə istinadən verdiyi məlumata görə, iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra İncirlikdə olan nüvə silahlarının təhlükəsizliyi məsələsi gündəmə gəlib.
 
ABŞ Hərbi Hava Qüvvələrinin katibi Debora Li Ceyms bununla bağlı açıqlama verərək İncirlik Hərbi hava bazasındakı nüvə silahlarının təhlükəsizliyinin təmin edildiyini deyib.
 
Bununla o, İncirlikdə ABŞ-ın nüvə silahlarının olduğunu da rəsmən təsdiqləmiş olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb