Almaniyada Azərbaycan mədəniyyətini əks etdirən kitab sərgisi - FOTOLAR

12:09 | 18.03.2014
Almaniyada Azərbaycan mədəniyyətini əks etdirən kitab sərgisi - FOTOLAR

Almaniyada Azərbaycan mədəniyyətini əks etdirən kitab sərgisi - FOTOLAR

Martın 13-dən 16-dək Almaniyanın Leipziq şəhərində Şərq-Qərb mətbuat evinin və Azərbaycan Tələbə Şəbəkəsinin təşkilatçılığı ilə Azərbaycanın dörd min illik mədəniyyətini əks etdirən kitab sərgisi keçirilmişdir.Layihənin məqsədi Azərbaycanın qədim tarixini, incəsənətini və ədəbiyyatını dünyaya tanıtmaq, eləcə də sərbəst mövzularda müzakirələr üçün səmimi ab-hava yaratmaq olmuşdur.Sərgidəki Azərbaycan stendini yazıçı Vüqar Aslanov hazırlamışdır.Dörd gün davam edən sərginin müsbət nəticələri olmuşdur. Sərgidə nümayiş etdirilən materiallar qonaqlarda böyük maraq doğurmuş, onların bir çoxu birgə sərgi keçirmək istəklərini, gələcəkdə də bu cür tədbirlərin təşkilində Azərbaycan Tələbə Şəbəkəsinə dəstək olacaqlarını bildirmişlər.//AzərTAc
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb