Ana və əkiz övladları dəm qazından boğuldu

19:00 | 21.11.2019
Ana və əkiz övladları dəm qazından boğuldu

Ana və əkiz övladları dəm qazından boğuldu

Bakıda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov virtualaz.org-a bildirib ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi, 30-da baş verib.
Məlumata görə, dəm qazından boğulma barədə çağırış Təcili Yardım Xidmətinə saat 00:34-də daxil olub. Həmin ünvandan 29 yaşlı qadın, 5 yaşlı 2 uşaq (oğlan və qız) dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər. Lazımi tibbi yardım göstərildikdən sonra xəstələr ambulator müalicəyə buraxılıblar.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM