Asim Mollazadə AŞPA-nın konfransında iştirak etmək üçün Parisə gedib

15:32 | 03.06.2015
Asim Mollazadə AŞPA-nın konfransında iştirak etmək üçün Parisə gedib

Asim Mollazadə AŞPA-nın konfransında iştirak etmək üçün Parisə gedib

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə "Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda keçiriləcək parlament konfransında iştirak etmək üçün Parisə gedib.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) təşkilatçılığı ilə keçiriləcək konfransda seçki kampaniyaları və inzibati resurslardan istifadə, seçki siyahılarında qeyri-dəqiqliklər və xaricdə yaşayan vətəndaşların səsverməsində çətinliklər, seçki komissiyalarının fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb