ATƏT-in söz azadlığı nümayəndəsi illik hesabatını təqdim etdi

17:22 | 28.11.2013
ATƏT-in söz azadlığı nümayəndəsi illik hesabatını təqdim etdi

ATƏT-in söz azadlığı nümayəndəsi illik hesabatını təqdim etdi

ATƏT-in söz azadlığı nümayəndəsinin ofisi yaradılmasının 15 illiyini qeyd edir.APA-nın xəbərinə görə, bununla əlaqədar ATƏT-in söz azadlığı nümayəndəsi Dunya Miyatoviç Vyanada ATƏT-in Daimi Şurası qarşısında ənənəvi illik hesabatını təqdim edib. O, öz çıxışında ATƏT üzvü olan ölkələrdə söz azadlığının durumundan danışıb. Qeyd edib ki, söz və mətbuat azadlığı demokratiyanın mahiyyətində mühüm rol oynayır: “ATƏT-in bütün regionlarında KİV söz azadlığı problemləri ilə qarşılaşır. ATƏT üzvü olan ölkələri KİV-in təqibinə və məhkəmə ittihamlarına son qoymağa çağırıram. Jurnalistlərə təzyiqlərə son qoymağın vaxtı çatıb”. D.Miyatoviç qeyd edib ki, ötən ilki ənənəvi hesabatını təqdim etməsindən keçən müddət ərzində 100 jurnalist məhbəs həyatı görüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb