“Atletiko”da “Land of fire Azerbaijan” erası bitdi!

14:16 | 24.06.2015
“Atletiko”da “Land of fire Azerbaijan” erası bitdi!

“Atletiko”da “Land of fire Azerbaijan” erası bitdi!

"Atletiko" (Madrid) klubunun baş sponsoru dəyişib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın növbəti iki mövsüm üçün forma sponsoru "Plus500" şirkəti olacaq.

Bu isə o deməkdir ki, Dieqo Simeonenin komandası 2015/2016 mövsümündən oyunlara üzərində "Plus500" yazılı formalarla çıxacaq. Yeni formaların rəsmi təqdimat mərasimi bu gün keçiriləcək.

Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə "Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və "Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb