Avropa Birliyi ölkələri təcili iclas keçirməyə məcbur oldu

19:12 | 08.09.2015
Avropa Birliyi ölkələri təcili iclas keçirməyə məcbur oldu

Avropa Birliyi ölkələri təcili iclas keçirməyə məcbur oldu

6 mindən çox fermer ət və süddəki qiymətlərlə bağlı etiraz aksiyası keçirib.

Brüsseldə 6 mindən çox fermer etiraz edir.

ANS PRESS-in məlumatına görə, Belçikadan və Fransadan olan 6 mindən çox fermer Brüsseldə etiraz edir. Onlar Avropa Birliyindən fermer təsərrüfatları üçün maliyyə dəstəyi tələb edirlər. Həm də südün və ətin qiymətinin aşağı salınması təsərrüfat işçilərinin vəziyyətini gərginləşdirib. 

Xarici KİV-in məlumatına əsasən, fermerlər Brüsselə traktorlarda gəliblər. Etiraz aksiyasını qabaqcadan bilən ölkə polisi hazırlıq işləri görüb. Avropa Birliyinin və Avropa Komissiyası Şurasının binası daha çox qorunur. 

Etiraz aksiyasının iştirakçıları polisləri yumurtalarla zərbəyə tutublar, həmçinin, onların üzünə bağlanmış binaları saman tayaları ilə yandırmağa çalışıblar.


Fermerlərin şəhərin mərkəzinə saman gətirmələri


Etirazlarla bağlı təcili iclas keçirilib. İclasda 28 Avropa Birliyi ölkələrinin kənd təsərrüfatı nazirləri görüşüb. Onlar süd və heyvandarlıq sektorlarında böhran vəziyyətinin aradan qaldırılması ilə bağlı müzakirələr ediblər.

Daha əvvəl bildirilib ki, Avropa Komissiyası Avropa fermerlərinə dəstəyini növbəti ilin iyul ayına kimi uzadıb. Lakin Rusiyanın Avropa Birliyi ölkələrindən gətirilən məhsullara qadağa qoyması böhranın dərinləşməsinə səbəb olub.

"Ailələrimiz çox aşağı vəziyyətdə yaşayır. Biz dolana bilmirik, kreditlərimizi verməyə imkanımız yoxdur. Minlərlə fermer indi aclıqla mübarizə aparır", - deyə fransız fermeri hiddətlə bildirib.

"Bir litr südün qiyməti 30 sentə qədər aşağı düşüb. Belə şəraitdə biz ziyana düşürük, əldə etdiyimiz südü yerə tösək daha yaxşı olar, nəinki, satsaq" - deyə fermer əlavə edib.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb