AZAL-dan daha bir yenilik

13:06 | 04.03.2015
AZAL-dan daha bir yenilik

AZAL-dan daha bir yenilik

Bu ilin martın 1-dən etibarən "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı marşrutu üzrə reysləri (Bakıdan uçuş – yerli vaxtla saat 09:45, İstanbuldan uçuş – yerli vaxtla saat 12:20) Boeing-787 "Dreamliner” təyyarəsində yerinə yetirilir.

Şirkətdən Oxu.Az-a verilən məlumata görə, bu müasir tipli hava gəmisinin istismarı nəticəsində AZAL təkcə keyfiyyət cəhətdən fərqli səviyyədə rahatlıq təklif etmir, həm də təqdim olunan xidmətlər spektrini genişləndirir.

Artıq martın ilk günündən İstanbul reyslərinin sərnişinləri premium ekonom xidmət sinfində səyahət etmək imkanı əldə edəcəklər. Bu xidmət sinfi adi ekonom siniflə müqayisədə bir sıra üstünlüklərə malikdir.

Qeyd edək ki, İstanbul artıq AZAL-ın marşrut şəbəkəsində premium ekonom xidmət sinfinin tətbiq edildiyi ikinci istiqamətdir. Eyni xidmət sinfi aviaşirkətin Nyu-York istiqamətində yerinə yetirilən reyslərində də tətbiq edilib.

Xatırladaq ki, Boeing-787 "Dreamliner” təyyarəsi 2014-cü ilin dekabr ayında AZAL-ın hava gəmiləri parkına daxil olub.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb