AZAL “əl yükünün” daşınması normasını dəyişir

12:44 | 14.12.2013
AZAL “əl yükünün” daşınması normasını dəyişir

AZAL “əl yükünün” daşınması normasını dəyişir

25 dekabrdan etibarən “Azərbaycan Hava Yollar”ının beynəlxalq uçuşlarında “əl yük”ünün daşınması norması “biznes” sinif sərnişinlər üçün 2 yer cəmi 15 kq, “ekonom” sinif sərnişinlər üçün 1 yer 8 kq çəkisində müəyyən edilir.

Gün.Az-a bu barədə AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli məlumat verib.

Qeyd edək ki, hazırkı qaydalara görə, “biznes” sinif sərnişinləri hər birinin çəkisi 32 kq-dan çox olmayan yük üçün 2 baqaj yeri ala bilirlər.

Ekonom sinif sərnişinləri ağırlığı 23 kq-dan çox olmayan yük üçün bir pulsuz yer əldə edə bilirlər. Baqajın ölçüsü 158 sm-dən çox olmamalıdır.

Bildirək ki, baqajın pulsuz daşınma normasından əlavə, sərnişinlərə təyyarənin salonunda əl yükünü pulsuz daşımaq hüququ verilir.

Təyyarənin salonunda əl yükünün daşınma norması “Biznes” sinif sərnişinləri üçün – 2 yer, hər biri 5 kiloqram çəkidə; “ekonom” sinif sərnişinləri üçün – 1 yer, 5 kiloqram çəkidədir.

Əl yükü üçün 1 yerin ölçüsü üç ölçünün cəmi üzrə 115 santimetrdən (55x20x40) böyük olmamalıdır.

Əlavə olaraq təyyarə salonuna qadın əl çantası, kişi portfeli, portativ kompüter, fotoaparat və ya videokamera götürmək olar. Bu əşyalar əl yükünün daşınma normasına daxil edilmir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb