Azərbaycan bərpa olunan enerji elektrik stansiyalarının gücünü artırmağı planlaşdırır - Nazir

11:15 | 01.06.2023
Azərbaycan bərpa olunan enerji elektrik stansiyalarının gücünü artırmağı planlaşdırır - Nazir

Azərbaycan bərpa olunan enerji elektrik stansiyalarının gücünü artırmağı planlaşdırır - Nazir

Azərbaycan 2026-cı ilin sonuna qədər ümumi gücü 1800 MVt olan günəş və külək elektrik stansiyalarını işə salmağı planlaşdırır. Bu isə qaz daha 1 milyard kubmetr qaz ixracın artırmağa imkan verəcək. Bunu Azərbaycan  energetika naziri Pərviz Şahbazov bildirib.

"Biz 2026-cı ilin sonuna qədər ümumi gücü 1800 MVt olan günəş və külək elektrik stansiyalarını istifadəyə verməyə imkan verəcək meqa layihəni həyata keçirməyi planlaşdırırıq. Bu da öz növbəsində bizə əlavə olaraq 1 milyard kubmetr qaz göndərməyə imkan verəcək. metr qaz ixrac üçün nəzərdə tutulub”, - d Şahbazov cümə axşamı Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan müxtəlif şirkətlərlə, xüsusilə Masdar, ACWA Power, BP və başqaları ilə bərpa olunan enerji sahəsində 1,8 GVt yeni enerji güclərinin yaradılması üçün işləyir. 2030-cu ilə qədər bu göstəricinin 5 GVt-a çatdırılması planlaşdırılır”, - nazir bildirib.

Şahbazov onu da bildirib ki, gələcəkdə Azərbaycandan "yaşıl" enerjinin iki istiqamətdə - Gürcüstan ərazisindən Qara dənizin dibi ilə 4 GVt həcmində elektrik kabeli ilə Avropaya, Zəngəzur dəhlizi ilə isə iki istiqamətdə Naxçıvan və daha sonra Türkiyəyə 1 GVt həcmində  ixracı planlaşdırılır.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb