Azərbaycan Ermənistanla bir qrupa düşdü

10:03 | 10.05.2014
Azərbaycan Ermənistanla bir qrupa düşdü

Azərbaycan Ermənistanla bir qrupa düşdü

15-16 may 2014-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək.Qaynar.info-nun Azərbaycan Güləş Federasiyasının saytına istinadən verdiyi xəbərə görə,  Yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Koreya, Qazaxstan, Macarıstan, Türkiyə, İran, Finlandiya, Ermənistan və ABŞ güləşçiləri iştirak edəcək.Artıq FİLA prezidenti Nenad Laloviç tərəfindən Dünya Kuboku yarışının püşkü atılıb. Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxstan komandaları qüvvələrini sınayacaq.Qeyd edək ki, Dünya Kubokunda ölkəmizi təmsil edəcək komandanın heyəti yaxın günlərdə açıqlanacaq.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb