Azərbaycanı görün...

16:13 | 14.10.2014
Azərbaycanı görün...

Azərbaycanı görün...

Sülh üzrə Nobel mükafatına ən layiqli namizəd üçün...Aynur Camalqızı Bilmirəm,sentimental, ya da pafoslu səslənərmi? Az qala hər bir təhsilli,dünyagörüşlü azərbaycanlının qəlbində bir Nobel nisgili var...Həril Nobel mükafatları təqdim olunanda bu hiss daha qabarıq üzə çıxır. Vətəbii olaraq, hər birimizin beynində müəyyən suallar yaranır: görəsən,əsas maliyyə vəsaiti Bakı Neftinin hesabına formalaşmış Nobel mükafatınaölkəmizdən də kimsə layiq görüləcəkmi? Nə vaxtsa, nəhayət, bu “tilsim”qırılacaqmı? Ölkəmizdən bu mükafata ən layiqli namizəd kim (və yakimlər) ola bilər? Xatırladaq ki, dünyanın ən nüfuzlu ödülüsayılan Nobel mükafatları fizika, kimya, fiziologiya və tibb, ədəbiyyat,sülh və iqtisadiyyat sahələri üzrə verilir. Konkret olaraq,Sülh üzrə Nobel mükafatı ölkəsində və bütün dünyada Sülhün və Humanizminbərqərar olunması naminə gərgin və səmərəli fəaliyyət göstərən şəxslərətəqdim olunur. Belə mühüm fəaliyyətlə məşğul olan şəxsiyyətsəAzərbaycanda var! Onu artıq bütün dünya tanıyır. Heydər Əliyev FondununPrezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkiliMehriban xanım Əliyevanın regionda və dünyada Sülhün və Humanizminqorunması yönündə çoxşaxəli fəaliyyəti böyük nüfuz sahibi olan ayrı-ayrışəxslər, tanınmış institutlar, klublar tərəfindən yüksəkqiymətləndirilib. Bunlar bəşəriyyətə və insanlığa böyük xeyir gətirən,insanlarda gələcəyə böyük ümid yaradan son dərəcə nəcib işlərdir.Praqmatikliyi və bu keyfiyyətlə uzlaşan intellekti, qlobal düşüncətərzi, yüksək mədəniyyəti, humanist fəaliyyəti onu bəşəriyyətin ənnəhəng mükafatı sayılan Nobel mükafatına addımbaaddım yaxınlaşdırıb.Mehriban xanım Əliyevanın təşkil etdiyi beynəlxalq tədbirlər, həyatakeçirdiyi qlobal layihələrlə yanaşı, böyük maraq kəsb edən çıxışları dabütün dünyanın diqqət mərkəzindədir və yəqin ki, bütün nüfuzlu klublarkimi Nobel Komitəsi də onun fəaliyyətini izləyir. Sülh üzrə Nobelmükafatına layiq görülənlərin işlərini diqqətlə izlədikdə görürük ki,onların əksəriyyətinin fəaliyyəti miqyas baxımından Mehriban Əliyevanınfəaliyyətinin yalnız bir hissəsi sayıla bilər. O, ölkəsinin vəbəşəriyyətin qarşısında duran problemləri gözəl anlayır, araşdırır,çıxış yollarını arayır və var gücü ilə onların həllinə çalışır... MehribanƏliyeva bütün xarici səfərlərində, keçirdiyi çoxsaylı görüşlərdə DağlıqQarabağ münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyiAzərbaycan ərazilərində maddi və qeyri-mədəniyyət abidələrinivəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı səfirkimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. O, dinlərarasıvə sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi dəyərlərəehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin, ənənələrinhamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm və mədəniyyətxadimlərinin roluna hər zaman önəm verən Mehriban xanım ƏliyevaAzərbaycanda bu mövzularda beynəlxalq konfranslar, forumlar, sammitlər,simpozium və festivallar təşkil edir... Onun rəhbərliyi iləAzərbaycan Mədəniyyəti Fondu, Azərbaycan mədəniyyətinin geniş təbliğolunması məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan“Azərbaycan - İrs” jurnalı təsis edilib. 2004-cü ildəAzərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunubsaxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görəMehriban Əliyeva UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülüb. 2005-ciildə ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil vəmədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycanxalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görəRusiyanın “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “YaqutXaç” ordeninə layiq görülüb. Mehriban Əliyeva mədəni-mənəvidəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilinmartında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızılmedalına layiq görülüb.Sivilizasiyalararası dialoq daxilolmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə,qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitininyaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyükdəstəyinə görə Mehriban Əliyeva 2006-cı ilin noyabrında ISESCO-nunXoşməramlı səfiri adına layiq görülüb.Dünya Səhiyyə Təşkilatı(DST) İcraiyyə Komitəsinin 2007-ci ildə Cenevrədə keçirilən 120-cisessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailəsağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinəgörə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb.Genişmiqyaslıxeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmətsahəsində yüksək nailiyyətlərinə görə 2007-ci ilin may ayında MehribanƏliyeva “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülüb.Yetimvə kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmişinsanlara yardım göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı iləyüksək səviyyədə əməkdaşlığa görə 2008-ci ilin iyununda Mehriban Əliyeva“İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi” diplomuna layiqgörülüb.2009-cu ildə Azərbaycan ilə Polşa arasında dostluqmünasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban Əliyeva PolşaRespublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltifedilib. 2010-cu ildə Mehriban Əliyeva Fransa ilə Azərbaycanarasındakı münasibətlərdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyisadiqliyinə görə Fransa Respublikası Prezidentinin Sərəncamı ilə “ŞərəfLegionu” ordeninin zabit dərəcəsi ilə təltif edilib.2010-cu ilin iyul ayında Mehriban Əliyevaya UNESCO-nun “Qızıl Motsart” medalı təqdim edilib.2011-ciildə Mehriban Əliyevaya “Krans Montana Forumu”nun Qızıl medalı, 2012-ciil iyunda isə “Prix de la Fondation” mükafatı təqdim edilib.2012-ciil fevral ayında Mehriban Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenovadına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adınalayiq görülüb.2012-ci il aprelində Mehriban Əliyevaya MDBiştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurası (HƏŞ) və MDBiştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu(DHƏF) tərəfindən “Birlik Ulduzları” dövlətlərarası mükafatı təqdimedilib.2013-cü ildə Mehriban Əliyeva Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına layiq görülüb.2014-cüildə Mehriban Əliyeva sivilizasiyalararası dialoqa verdiyi töhfələrə,həmçinin Almaniyada türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniyaəlaqələrinin inkişafındakı xidmətlərinə görə Türk-Alman DostluqFederasiyasının fəxri mükafatına layiq görülüb.Azərbaycanınictimai, sosial və mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamikinkişafına verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyadatəbliği sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəniirsinin qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət vəhumanizm prinsiplərinə sadiqliyinə görə Mehriban Əliyeva “The BusinessYear” jurnalı tərəfindən 2014-cü ilin mayında “İlin Birinci Xanımı”mükafatına layiq görülüb.2014-cü ilin iyununda Olimpiyadəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq OlimpiyaAkademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə təltifolunub.Mehriban Əliyeva Vatikan Apostol Kitabxanası ilə tanışolduqdan sonra “2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi vəonların rəqəmsallaşdırılması”na dair müqaviləyə imza atıb.O,Azərbaycanda uşaq evlərinin yenidən qurulması və modernləşdirilməsi,məktəblərin açılması, diabet, talassemiya və digər ağır xəstəliklərdənəziyyət çəkən uşaqların müalicə olunması istiqamətində ciddi işlərgörüb, yerli və beynəlxalq səviyyədə ekoloji mühitin yaxşılaşdırılmasıüçün dəyərli təşəbbüslər irəli sürüb, ölkəmizin mədəni sərvətlərinininkişafına yardım etməklə, digər xalqların mədəni irsinin qorunmasına daköməklik göstərib. Mehriban xanım Əliyevanın Şərq və Qərbmədəniyyətlərinin yaxınlaşmasına yönəlik geniş fəaliyyətinə sübut kimi“İpək Yolu” Komitəsinin yaradılmasını və dini-tarixi abidələrinbərpasına yardımını qeyd etmək olar. Bütün sadaladıqlarım yenidünya düzənində çox böyük əhəmiyyət kəsb edən, lokal və qlobal aspektdədolğun mahiyyət daşıyan və həlli onun tərəfindən gerçəkləşdirilən sondərəcə mütərəqqi ideyalardır. Artıq milyonlarla insan bu ideyalarınhəyata keçməsinin canlı şahidi olmaqla yanaşı, həm də bunlardanbəhrələnə biliblər. O, bu böyük millətin layiqli övladı kimi bunlarıbizim hər birimiz üçün edir. Dünyanın bir sıra nüfuzlu klubları bu mühümişləri vaxtında anlayıb, təqdir edib və yüksək dəyərləndirib. Bütünbu sadaladıqlarım göstərir ki, Mehriban xanım Əliyevanın bəşəriyyət vəmillətimiz üçün gördüyü nəcib və xeyirxah işlər, bu işlərin davamı onunSülh üzrə Nobel mükafatına namizədliyinin verilməsi üçün ciddi əsaslaryaradıb! Əslində ədəbiyyat üzrə Nobel mükafatına layiqgörülənlərin əksəriyyəti əvvəlcə “Buker”, “Qonkur” və “Pulitser”mükafatına layiq görülənlərdir. Mehriban xanımın layiq görüldüyüKrans Montana Forumunun qızıl medalı, Fransa Respublikasının FəxriLegion ordeninin zabit dərəcəsi, Küveyt Dövlətinin Fəxri diplomu,UNESCO-nun “Qızıl Motsart” medalı, Polşa Respublikasının “Xidmətlərəgörə” Böyük Komandor Xaçı ordeni və digər təltifləri onun Nobel Sülhmükafatına namizədliyini reallaşdırır. Sülh üzrə Nobelmükafatına namizədliyin verilməsi prosedurunda aktiv ictimai xadimlər,filosoflar, siyasətşünaslar, tarixçilər və hüquqşünaslarla əlaqələrqurulur. Mehriban xanım Əliyeva 2005-ci ildə fəlsəfə elmləri namizədialimlik dərəcəsi alıb. Onun intellektual bioqrafiyası istənilən ictimaixadimi, filosofu, siyasi elmlərin nümayəndələri, tarixçi vəhüquqşünasları heyran edə bilər. Sülh üzrə Nobel mükafatınanamizədləri müxtəlif ölkələrin parlament və hökumətləri, Beynəlxalqməhkəmələrin üzvləri, Universitet rektorları, sosial elmlər, tarix,fəlsəfə, hüquq və teologiya üzrə professorlar, Sülh və xarici siyasətelmi tədqiqat institutlarının direktorları, Sülh üzrə Nobel mükafatılaureatları, Sülh üzrə Nobel mükafatına layiq görülmüş təşkilatlarınüzvləri, Norveç Nobel Komitəsinin indiki və keçmiş üzvləri, Norveç NobelKomitəsinin indiki və keçmiş məsləhətçiləri təqdim edirlər. Fikrimcə,dünyada gördüyü nəcib işlər və qazandığı uğurlarına görə həddindən artıqmüsbət imicə malik olan Azərbaycanın birinci xanımının namizədliyiniadları çəkilən həmin qurumların nümayəndələri və ayrı-ayrı şəxslər verəbilərlər. Mehriban xanım Əliyevanın fəaliyyəti dünyanın bütün nüfuzlumedia orqanlarında müxtəlif dillərdə geniş işıqlandırılır. Bu baxımdanonun şəffaf bioqrafiyası və gördüyü işlərin miqyası haqqında məlumatalmaq çox asandır. Erməni vandalizmi nəticəsində torpaqlarımızın20 faizi işğal olunub. Bu amansız işğal nəticəsində 1 milyondan artıqməcbur köçkünümüz doğma yurd yerlərindən məhrum olublar. Mehriban xanımƏliyevanın gördüyü işlərin təhlili göstərir ki, Azərbaycan xalqı sondərəcə humanist, mədəni və özgə torpağında gözü olmayan xalqdır. Onunfəaliyyətinin tərkib hissəsinə torpaqlarımızın Sülh yolu ilə azadolunması da daxildir. Mehriban xanımın Sülh üzrə Nobel mükafatına layiqgörülməsi regionda ədalətli Sülhün bərpa olunmasına yardımçı ola bilər.Tarix göstərir ki, ədalətli sülhün əldə olunmasında Nobel Komitəsinintəltif etdiyi beynəlxalq qurumlar və ayrı -ayrı şəxslər bu mühümmissiyanı daşıya biliblər. Çoxşaxəli mütərəqqi fəaliyyət yönümüilə Nobel Sülh mükafatına layiq olan Mehriban Əliyevanın laureat olmasıüçün qarşımızda Vaxt, İmkan və Fürsət var!!!Bütün azərbaycanlıların NOBEL arzusunun gerçəkləşməsi üçün bu gündən başlayaq...Publika.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb