Koronavirus
(COVİD-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə
bir sıra ölkələrlə hava nəqliyyatı müvəqqəti olaraq dayandırıldığından Azərbaycan
Hava Yolları (AZAL) çarter reysləri həyata keçirməkdədir.
Belə ki, Azərbaycan
vətəndaşlarının ölkəmizə qaytarılması üçün bu gün Lənkəran beynəlxalq hava
limanına iki çarter reysi yerinə yetirilib. Martın 21-nə keçən gecə AZAL
aviaşirkəti tərəfindən Moskvadan Lənkərana çarter reysi ilə 48 nəfər Azərbaycan
vətəndaşı gətirilib və müayinə üçün karantinə yerləşdirilib.
Həmçinin
martın 21-də AZAL tərəfindən İstanbuldan Lənkərana 248 nəfər Azərbaycan vətəndaşının
gətirildiyi daha bir çarter reysi yerinə yetirilib.
Qeyd edək
ki, martın 15-dən Azərbaycana hava nəqliyyatı vasitəsilə dünyanın müxtəlif ölkələrindən
ümumilikdə 9000-dən çox sərnişin gətirilmişdir.
Dünyanın əksər
dövlətlərinin üzləşdiyi hazırkı fövqəladə vəziyyətdə vətəndaşlarımızı bir
daha təmkinli və anlayışlı olmağa
çağırırıq. Ölkəmizə qayıdan hər bir şəxs həkim müayinəsindən keçdiyindən və
karantinə yerləşdirildiyindən vətəndaşların ölkəyə geri qaytarılma tarixi Azərbaycan
Respublikası Nazirlər Kabineti yanındakı Operativ Qərargahın hazırlıq işləri ilə
uyğunlaşdırılaraq müəyyən edilir. Belə ki, vətəndaşlarımızı xaricdən gətirən
çarter reyslərinin qrafiki xüsusi rejimli xəstəxanaların və karantin yerlərinin
hazırlığına, xaricdən qayıdan şəxslərin testlərdən keçirilməsi, karantinə göndərilən
şəxslərin logistikası və digər detallar üzrə hazırlıqlara uyğun həyata
keçirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !