Azərbaycan İranda beşulduzlu hotel tikəcək

23:00 | 19.10.2016
Azərbaycan İranda beşulduzlu hotel tikəcək

Azərbaycan İranda beşulduzlu hotel tikəcək

İran Azərbaycana Ərdəbil vilayətində beşulduzlu hotel tikməyi təklif edir.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Ərdəbil valisi Məcid Xudabəxş deyib:
 
"İl ərzində bizim vilayətə 4-5 milyon insan gəlir. Hər gün Azərbaycandan Ərdəbilə təxminən 500 nəfər səyahət edir. Bizim 12 min yerlik dördulduzlu hotelimiz var, ancaq biz Azərbaycan tərəfinə təklif edirik ki, beşulduzlu hotel tiksinlər".

Onun sözlərinə görə, Azərbaycan hökuməti təkliflə əlaqədar iş adamlarını Ərdəbilə göndərməyi vəd edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb