Azərbaycan quş əti istehsalını artıracaq

11:40 | 25.11.2013
Azərbaycan quş əti istehsalını artıracaq

Azərbaycan quş əti istehsalını artıracaq

Azərbaycanın sənaye quşçuluğu sektorunda quş əti istehsalının 2015-ci ilə qədər 80 min tona çatacağı gözlənilir.Bu, Ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramında qeyd edilən məqsədlərdən biridir. Lakin keçən il ölkədə cəmi 45,7 min ton quş əti istehsal olunub. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. Şöbə müdiri bildirib ki, qarşıya qoyulan məqsədə çatmaq istehsalın həcmi 34,3 min ton artırılmalıdır: «Əsas diqqəti quş əti istehsalının artırılmasına yönəltməliyik. Yaxın gələcəkdə isə quş əti istehsalını bütün kateqoriya təsərrüfatlarında 120 min tona çatdırmağı düşünürük». Ç.Fərəcov bu sahənin stimullaşdırılması üçün fermerlərə güzəştli kreditlərin verilməsini də zəruri sayır. Qeyd edək ki, 2012-ci ildə Azərbaycanda 7 quşçuluq fabriki işə salınıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb