Azərbaycan xaricə it satacaq

15:29 | 27.01.2014
Azərbaycan xaricə it satacaq

Azərbaycan xaricə it satacaq

Azərbaycan minaaxtaran itlərin ixracına başlamağı planlaşdırır. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov məlumat verib. N. İsmayılovun sözlərinə görə, hazırda ANAMA-nın bazalarında minaaxtaran itlərin hazırlığı keçirilir. İndiyədək xeyli sayda it öyrədilərək əməliyyatlara cəlb olunub: «Biz indiyədək əsasən xarici ölkələrdən minaaxtaran itlər alırdıq. İtlər təhlükəsiz minatəmizləmə əməliyyatlarının təşkilində geniş istifadə olunur. ANAMA-nın fəaliyyətində də kifayət qədər belə nəticələr var». ANAMA direktoru onu da qeyd edib ki, hazırda dünyada çox az ölkədə mina və partlayıcı maddələr axtaran itlər hazırlanır. Bu səbəbdən də dünyada minaaxtaran itlərin qiyməti bahadır. Qeyd edək ki, ANAMA-nın əməliyyatlarında hazırda 36 minaaxtaran it iştirak edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb