Azərbaycan xarici sərmayə üçün çox böyük ümidlər verən bazardır - FOTOLAR

13:16 | 31.03.2016
Azərbaycan xarici sərmayə üçün çox böyük ümidlər verən bazardır - FOTOLAR

Azərbaycan xarici sərmayə üçün çox böyük ümidlər verən bazardır - FOTOLAR

İstanbul Sərgi və Konfrans Mərkəzində (TÜYAP) 17-ci beynəlxalq "Pəncərə və Plastik Sənayesindəki Texnologiyalar” sərgisi keçirilib. Dörd gün davam edən sərgidə 30 ölkədən 700-dən artıq fabrik və zavodun məhsulları nümayiş etdirilib.

Türkiyənin məşhur "UBM plastik” sənaye və ticarət şirkəti də ənənəvi sərginin iştirakçısı olub.

Dünya brendləri arasında özünə yer tutan "UBM plastik” sənaye və ticarət şirkəti yeni model məhsulları ilə sərgiyə qatılıb. 1994-cü ildə yaradılan şirkətin rəhbərliyi Türkiyədə emal edib dünyaya ixrac etmək prinsipini əsas götürərək qonşu ölkələrdə də ticarət şəbəkəsi qurmağı hədəfə alıb. İran, Moldova və digər ölkələrlə əməkdaşlıq edən şirkətin növbəti hədəfi Azərbaycandır. Bir neçə dəfə ölkəmizdə işgüzar səfərdə olan "UBM plastik” sənaye və ticarət şirkətinin qurucusu və rəhbəri Məhməd Sacu AZƏRTAC-a müsahibəsində son aylarda dünya iqtisadiyyatında yaranan böhranın ixrac sahələrində də hiss edildiyini bildirib. O qeyd edib ki, Azərbaycanın geniş və sabit bazar olaraq Türkiyə şirkətləri üçün daim cəlbedici olub. M. Sacu deyib: "Ötən il Azərbaycana işgüzar səfərlərimiz zamanı yerli bazardakı vəziyyəti diqqətlə araşdırdıq. Ölkənizdə bizim məhsullara tələbat böyükdür. Təəssüf ki, iqtisadi böhran planlarımızın həyata keçməsini bir qədər ləngitdi, amma biz fikrimizdən dönməmişik. Azərbaycan xarici sərmayə üçün çox böyük ümidlər verən bazardır. Əlbəttə, Azərbaycan bazarlarına yalnız yüksək keyfiyyətli məhsullarla daxil olmaq mümkündür”.
 
 




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM