Azərbaycanda nə qədər dövlət idarəsi ləğv edilib?

11:29 | 15.04.2015
Azərbaycanda nə qədər dövlət idarəsi ləğv edilib?

Azərbaycanda nə qədər dövlət idarəsi ləğv edilib?

 Bu ilin yanvar-mart ayları ərzində ləğv edilmiş müəssisə və təşkilatların 25,4 faizi "Dövlət idarəetməsi və müdafiə; sosial təminat”, 21,5 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 13,9 faizi "Tikinti”, 12,3 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 6,9 faizi "Peşə, elmi və texniki fəaliyyət” və 5,4 faizi "Emal sənayesi”, qalanları isə digər bölmələrin payına düşür.

Bu barədə Lent.az-a Dövlət Statistika Komitəsindən bildirilib.  

Bu dövrdə yeni yaranmış müəssisə və təşkilatların 32,6 faizi "Digər sahələrdə xidmətlərin göstərilməsi”, 21,1 faizi "Ticarət; nəqliyyat vasitələrinin təmiri”, 10,9 faizi "Peşə, elmi və texniki fəaliyyət”, 8,9 faizi "Tikinti”, 5,4 faizi "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, qalanları isə digər bölmələrin payına düşdüyü bildrilir.

Yeni yaradılmış müəssisə və təşkilatların 96,7 faizi xüsusi mülkiyyətli (o cümlədən 6,8 faizi tam xarici investisiyalı, 1,8 faizi birgə mülkiyyətli), 1,9 faizi bələdiyyə mülkiyyətli, 1,4 faizi dövlət mülkiyyətli müəssisələridir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb