Azərbaycanda “patı” dövriyyəsi kəskin artıb - RƏSMİ

14:16 | 22.11.2022
Azərbaycanda “patı” dövriyyəsi kəskin artıb - RƏSMİ

Azərbaycanda “patı” dövriyyəsi kəskin artıb - RƏSMİ

Qara bazarda "patı”, "şüşə” adlandırılan və son dərəcə təhlükəli maddə sayılan metamfetaminin xüsusi çəkisi kəskin artaraq əvvəlki illərlə müqayisədə rekord həddə çatıb.

Bu barədə  Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.


Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 2022-ci ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 64 fakt aşkar olunub.


Bu faktlar üzrə ümumilikdə 904 kq 611 qramdan çox narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən götürülüb. Onların 92,6%-ni daha təhlükəli ağır narkotiklər olan heroin və metamfetamin təşkil edib. Belə ki, 458 kq 297 qram heroin və 379 kq 494 qram metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən götürülüb.


Bundan əlavə 57 kq 103 qram tiryək, 5 kq 98 qram həşiş, 2 kq 653 qramdan çox marixuana, 260,89 qram kokain, 442,904 qram metadon, 732 qramdan çox metilendioksiamfetamin, 254,79 qram mefedron (4- metilmetkatinon),104,3 qram MDMA (ekstazi), 97,28 qram amfetamin və digər maddələr qanunsuz dövriyyədən çıxarılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb