Azərbaycandan Rusiyaya ixrac edilən yumurtanın miqdarı açıqlanıb

11:11 | 19.03.2024
Azərbaycandan Rusiyaya ixrac edilən yumurtanın miqdarı açıqlanıb

Azərbaycandan Rusiyaya ixrac edilən yumurtanın miqdarı açıqlanıb

İndiyədək Azərbaycandan Rusiyaya  ərzaq yumurtası tədarükü başlayandan 25,3 milyon ədəd yumurta idxal edilib.  Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, martın 18-nə qədər Türkiyədən Rusiyaya 12,3 milyon ədəd yumurta tədarük olunub.

Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası 2023-cü ilin dekabrın 19-da "Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə göndərilib.
 
Yanvarın 30-dan fevralın 5-dək azalma tempi 0,7%-ə qədər səngiyib, sonra azalma dayanıb, fevralın 6-dan 12-dək isə cüzi artım - 0,05%, fevralın 13-dən 19-dək isə qiymətlər 0,2% artıb. Fevralın 20-dən fevralın 26-na kimi onlar 0,2% azalıb.

2023-cü ildə Rusiya Federasiyasının kənd təsərrüfatı təşkilatlarında yumurta istehsalı 1,9% artaraq 38,1 milyard ədədə, bütün kateqoriyalardan olan təsərrüfatlarda 1,2% artaraq 46,7 milyard ədədə çatıb.
 
Aytac Zeynalova
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb