Azərbaycanı beş şirkət tərk edir

12:18 | 03.08.2016
Azərbaycanı beş şirkət tərk edir

Azərbaycanı beş şirkət tərk edir

Azərbaycanda fəaliyyət göstərən beş xarici şirkət filialının ləğv olunduğu bildirilir. 

ANN.Az Report-a istinadən xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Filiallardan biri "Distrilab” Məhdud Məsuliyyətli Yoldaşlığına məxsusdur. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 59, mənzil 63 ünvanına bildirə bilərlər.

Filialı ləğv olunan 2-ci şirkət "Buz Alen Hamilton İnc.”dir. Onun kreditorlarının tələblərinə 2 ay ərzində Bakı şəhəri, Nizami küçəsi, 96 ("The Landmark-1” Biznes Mərkəzi, IV mərtəbə) ünvanında baxılacaq.

Azərbaycanı tərk edən 3-cü şirkət "Grundfos Pompa Sanayi ve Ticaret Ltd.” şirkətidir. Kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 96A ünvanında irəli sürə bilərlər.

Ləğv olunan daha bir filial "Niko İnternational Ltd.” şirkətinə məxsusdur. Şirkət kreditorların tələblərinə 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32/37 ünvanında baxacaq.

Sonuncu, "Makimsan Asfalt Taahhüt İnşaat Sanayi ve Ticaret Anonim” şirkəti də Azərbaycan filialını bağlayır. Kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 18, mənzil 21 ünvanına bildirə bilərlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb