Azərbaycanın bir neçə rayonunda qaz olmayacaq

09:45 | 05.08.2019
Azərbaycanın bir neçə rayonunda qaz olmayacaq

Azərbaycanın bir neçə rayonunda qaz olmayacaq

Bu gün bir sıra rayonlarda qaz verilişi dayandırılacaq.

Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə aparılan təmir işləri ilə bağlı avqustun 5-i saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

Bundan başqa, Qaz İxrac İdarəsinin balansında olan digər magistral kəmərlərdə bərpa işləri ilə bağlı avqustun 5-i saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb