Azərbaycanlı trio rəng və musiqi dueti təqdim edəcək – MÜSAHİBƏ

18:45 | 19.06.2015
Azərbaycanlı trio rəng və musiqi dueti təqdim edəcək – MÜSAHİBƏ

Azərbaycanlı trio rəng və musiqi dueti təqdim edəcək – MÜSAHİBƏ

Rüstəm Qasımov

- Ülviyyə, gələn ay siz İtaliyaya gedirsiz. Ziyarətinizin məqsədi nədir?

- Gələn ay mən, Ramil Babayev və Ramin Sadıqovun iştirakıyla qeyri-adi performans sərgisi baş tutacaq. 
 



- İtaliyada sərgi keçirmək ideyasının haradan yarandığı barədə danışa bilərsizmi? 

- Bakıda bir neçə sərgi, performans keçirdikdən sonra, məndə belə bir hiss yarandı ki, Azərbaycanda yetərincə iş görmüşəm və növbəti sərgi adət olunmuş və adi bir şey kimi görsənə bilər, auditoriyanı isə hər zaman hansısa yeniliklə təəccübləndirmək lazımdır. Və elə bil birdən kimsə mənim qulağıma pıçıldadı ki, sənin növbəti addımın Avropa olmalıdır. Açıq desəm, bundan sonra məndə belə bir fikir yarandı ki, bizim həyatımız əvvəldən yazılıb və biz bəlli cığırla gedirik. Bir sözlə, kələfin ucu biz doğulmamışdan əvvəl hörülüb, biz isə tədricən onu açırıq. Və məndə bugün növbəti addımın atılmasının vacibliyi barədə hiss yarandı. 

Səmimi desəm, əvvəllər mən xaricdə sərgi keçirməyi ağlımın ucundan belə keçirməzdim. Bu mənə qeyri-adi, çatılması qeyri-mümkün bir şey kimi görsənirdi. Həyat yoldaşımla Avropada necə sərgi kemirmək olar deyə fikirləşməyə başladıq. Bu barədəki fikirlərimizi xaricdə yaşayan dostlarımıza dedik. Fransada, İtaliyada, Almaniyada yaşayan rəfiqələrim var, qardaşım Slovakiyada yaşayır. Onlar sərginin baş tutması üçün imkanları araşdırmağa başladılar. Və ölkələrdən birindəki dostlarımızdan xəbər çıxdı. 
 



- Bu, hansı ölkəydi?

- Almaniya. Dostlarımız mənim sərgimin mütləq keçiriləcəyini dedilər. Bütün proses 6 ay davam etdi. Viza alanda isə, bizə dedilər ki, sərgi bir müddətlik təxirə salınır. Bizim sərgimizi "E-on” neft şirkəti təşkil edirdi, bu şirkət bizim dövlət şirkəti "SOCAR”la əməkdaşlıq edir. Onda şirkət iki hissəyə bölünürdü. Bizə dedilər ki, proses başa çatanda, bizə xəbər verəcəklər. Düzünü desəm, biz bundan biraz incidik, vizaları almışdıq, sərgi isə hələlik ortalıqda yox idi, ona görə də digər variantları gözdən keçirməyə başladıq. 


- Məsələn? 

- Biz Avropanın başqa ölkəsində sərgi keçirmək imkanı axtarmağa başladıq. Slovakiyadakı qardaşıma zəng etdim, o kömək edəcəyinə söz verdi. Ancaq o, qalerayalarla danışıqlara başlayanda bəlli oldu ki, məkanların hamısında bir illik yer tutulub. Mən artıq əsəb pozğunluğu dərəcəsinə çatmışdım, depressiya başlamışdı. Ancaq xoşbəxtlikdən, dünyada xeyirxahlar insanlar var. 


- Bəs kömək hardan gəldi?

- Bizə Roma yaxınlığındakı Palestrinə şəhərciyində yaşayan italiyan tanışımız Tanya de Vito kömək etdi. O sadəcə ona iki gün verməyimizi xahiş etdi. Bir gün keçəndən sonra isə, Tanya zəng edib dedi ki, artıq hər şeyi danışıb, hər şey hazırdı. O, təkcə sərgi qalereyası tapmaqla kifayətlənməmiş, bizim qalacağımız yeri və digər lazımlı şeyləri həll etmişdi. Mən şokda idim, hər şeyin bir gündə həll oluna bildiyinə inana bilmirdim. Sərginin Palestrine meriyasının dəstəyi ilə keçiriləcəyindən tutmuş, Tanyanın elədiyi hər şey məni heyrətə gətirmişdi, bunların olmasında Tanyanın bizi reklam etməsi vacib rol oynamışdı. Bizim ideyamız italyanların o qədər xoşuna gəlmişdi ki, onlar bizi qəbul etməyə həvəslə razılıq vermişdilər. 
 



- Bəs qalereyanı necə tapdız?

- Təsəvvürünüzə gətirin, bizim sərgi ideyamız italyanları o qədər vəcdə gətirmişdi ki, onlar «La Galleria info-Point» qalerayasını bizə pulsuz verdilər. Bu, bizimçün əsl hədiyyəydi. Bununla yanaşı, alman neft şirkətinin nümayəndəsi Rəşad Hüseynliyə bizə multi-vizalar təşkil etdiklərinə görə öz təşəkkürümü bildirmək istəyirəm, elə hər şey bununla başladı. 


- İtaliyadakı sərginiz necə gün davam edəcək? 

- Sərgi 8 gün – iyulun 16-dan 23-ünə qədər davam edəcək. Bundan sonra biz Hollandiyaya getməyi və analoji sərgini orada keçirməyi planlaşdırırıq. Bizimlə eyni zamanda Selvina Daşdəmirovanın da sərgisinin keçiriləcəyini qeyd etməliyəm. Və Slovakiyadakı qardaşımın dekabr ayına bizə sərgi bron elədiyini də əlavə etməliyəm. 
 
 

- İtaliyan publikasına göstərəcəyiniz şəkilləri seçmisinizmi? 

- Hə, əlbəttə. Hər şey artıq hazırdır. Bir dekorativ hədiyyə butulkalarının hazırlanması qalıb, mən əminəm ki, şərabsız həyatı təsəvvür etməyən italyanlar bizim sürprizimizi bəyənəcəklər. Butulkaların üzərinə vurulacaq rəsmləri Azərbaycan nağılları, xüsusilə buta daxil olmaqla milli Azərbaycan naxışları bəzəyəcək. Bu yolla mən Avropa publikasını zəngin və gözəl Azərbaycan mədəniyyətiylə tanış etmək istəyirəm. 
 



- Nə qədər rəsm göstərməyi planlaşdırırsız? 

- Onların sayı düz 25 ədəd olacaq.


- Bəs ora kiminlə gedirsiz? 

-  Biz üç nəfərik: mənim ərim - məşhur azərbaycanlı barabançı Ramin Sadıqov, həmçinin eyni zamanda həm vokalist, həm də gitaraçı ola Ramil Babayev. 


- Sərgidə performans nəzərdə tutulubmu? 

- Əlbəttə, bu, bizim sərgimizin əsas vurğusudur. Mən barmaq texnikasıyla şəkil çəkən zaman, uşaqlar gözəl musiqi çalacaqlar. Performansda Ramil Babayevin müəllif mahnıları təqdim ediləcək. Bununla yanaşı, nümayişdə Sarı gəlin kimi musiqi kompazisiyaları olacaq. 


- Ülviyyə, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Biz sizə yaradıcılığınızda və sərginizdə uğurlar arzulayırıq. 

- Təşəkkürlər
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb