Bakı metrosunda insident: Sərnişinlər təxliyyə edildi

20:35 | 12.08.2014
Bakı metrosunda insident: Sərnişinlər təxliyyə edildi

Bakı metrosunda insident: Sərnişinlər təxliyyə edildi

Bakı Metropolitenində qatarda problem yaranıb. ANN.Az xəbər verir ki, bu barədə APA-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.N. Paşayev bildirib ki, bu gün saat 18:13-də Bakı Metropoliteninin “28 May” – “Həzi Aslanov” xəttində 48 saylı marşrut üzrə hərəkət edən qatarda nasazlıq baş verib. “28 May” stansiyasında sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməklə qatardan boşaldılıb. Qatar baxış üçün depoya göndərilib.Hadisə ilə əlaqədar qatarların ümumi qrafikində 3 dəqiqə gecikmə olub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb